Rəqiblərimiz məlumdu - 67 ölkənin təmsilçisi Baham adalarında

18 Oktyabr 2018 13:36 Cüdo 483
Rəqiblərimiz məlumdu - 67 ölkənin təmsilçisi Baham adalarında

Baham adalarında cüdo üzrə gənclərin dünya çempionatına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk yarış günü 6 həmyerlimiz mundialda tatami üzərinə çıxacaq.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy ağayev Emerson Silva və Buxçulun Davanıyam cütünün qalibi ilə qarşılaşacaq.

Bu çəkidə qüvvəsini sınayan digər təmsilçimiz Rövşən Əliyev isə Livan Rodrigez Canad Feşko duelinin güclüsü ilə üz-üzə gələcək.

Gənc olmasına baxmayaraq əsas yığma komandamızda möhkəmlənən Kəramət Hüseynov debütdə Çili təmsilçisi Uqo Vera ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk mərhələdə istirahət edən Tofiq Məmmədov isə Brayn Qarboa və Genki Koqa görüşünün bitməsini gözləyəcək. Məhz bu qarşılaşmadan sonra Məmmədovun rəqibinin adına aydınlıq gələcək.

Qadınları yarışında isə Ramilə Əliyeva braziliyalı cüdoçu Amanda Arraeşlə görüşəcək. 44 kiloqramda ölkəmizi təmsil edən Şəfəq Həmidova isə İspaniya bayrağı altında çıxış edən Mireya Rodriges səddini aşmağa çalışacaq. Dünya çempionatında mükafatlara 67 ölkədən 427 idmançı iddialıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!