Millimizin parlayan ulduzu: "Qazana bilmədiyim üçün çox məyusam"

30 Sentyabr 2018 09:39 Cüdo 715
Millimizin parlayan ulduzu: "Qazana bilmədiyim üçün çox məyusam"

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının fərdi çıxışda bürünc medal qazanan millinin gənc üzvü Hidayət Heydərov (73 kq) bu uğuru qarışıq komanda yarışda edə bilmədikləri üçün təəssüfləndiyini deyib.

Sportinfo.az xəbər verir ki, KİV-ə açıqlamasında bunu əlavə edib:

“Çox istərdim ki, dünya çempionatında qarışıq komanda yarışlarında da mükafatçılar sırasında yer alım.

Qələbə qazansaydıq, bütün komandamızın üzvlərinə medal təqdim olunacaqdı. Bu isə bizim üçün çox xoş olardı. Komanda yarışında medal qazana bilmədiyimiz üçün çox məyusuq”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!