MOİK-in rəisi sürücüdən tərcüməçi kimi istifadə etdi

29 Sentyabr 2018 09:24 Cüdo 1 160
MOİK-in rəisi sürücüdən tərcüməçi kimi istifadə etdi

Mərkəzi Ordu İdman Klubu (MOİK) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) nümayəndələri arasında görüş keçirilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan IJF rəsmisi Stefan Marginean ilə görüşüb.

Görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqqında müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdən daha bir maraqlı məqam… Rəşad Quliyev tərcüməçi kimi futbol komandasının keçmiş baş məşqçisi Ramil Əliyevin sürücüsü Rəhman Rəhmanovdan istifadə edib (Sportinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!