"Özümü günahlandırıram, deməki, nəyisə düz etməmişəm"

28 Sentyabr 2018 18:00 Cüdo 612
"Özümü günahlandırıram, deməki, nəyisə düz etməmişəm"

“Dünya çempionatı çox yüksək səviyyədə keçdi, çünki hər şey çox yaxşı təşkil olunmuşdu.

İdmançılara yaradılan şəraitə görə ölkə Prezidentinə və Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın cüdo üzrə qarışıq komandasının üzvü İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Rusiyaya 1:4 hesablı məğlubiyyətdən sonra söyləyib.

78 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı fərdi yarışda 7-ci yeri tutmasına da toxunub. O, növbəti yarışlarda daha yaxşı çıxış etmək üçün səhvləri üzərində işləyəcəyini bildirib:

“Ötən il 3-cü yeri tutmuşdum və həminkindən zəif çıxış etməyəcəyimə əmin idim. Elə alındı ki, ikinci görüşdə çox güc sərf etdim və bərpa üçün vaxt çatmadı.

Növbəti rəqibim isə daha güclü oldu. Kimi gəldi günahlandırmaq olar. Lakin uğursuzluğa görə ilk növbədə, özümü günahlandırıram.

Demək, nəyisə düz etməmişəm. Öz səhvlərim üzərində işləyəcəm. Növbəti ildə etimadı doğrultmağa çalışacam. Əsəbləşirsən, həyəcan keçirirsən, bu da çıxışa mənfi təsir göstərir. Ona görə də məndə alınmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?