Millimizin aparıcı fiquru dilə gəldi: "Qızlara görə uduzduq"

28 Sentyabr 2018 11:48 Cüdo 687
Millimizin aparıcı fiquru dilə gəldi: "Qızlara görə uduzduq"

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.

Yarışmanı bürünc medalla başa vuran idmançımız Hidayət Heydərov oyunlar haqda fikirlərini səsləndirib:

“Çox istəyərdik ki, komanda yarışlarında qalib gələk. Komandamızın hamısında medal olacaqdı. Alınmadı.

Prezidentlə görüşümüz oldu. Bu, bizim üçün əlavə motivasiya olacaq. Gələcək yarışlarda daha uğurlu olacağıq”.

Heydərov komanda yarışlarında qızlara görə uduzduqlarını bildirib: “Kişilər olsaydı, komanda yarışlarında bəlkə də qalib gələrdik. Qızlara görə uduzduq.

Onlara görə 1:0,2:0 geridə başlayırdıq. Bütün yarışları uduzdular. Hətta onlar olmasaydı, birincilik də qazana bilərdik. Məşqçilərimiz bunun üzərində çalışırlar. Nisbətən vəziyyət yaxşıya doğru gedir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!