Putin Azərbaycan yığmasını çox layiqli komanda adlandırdı

28 Sentyabr 2018 10:00 Cüdo 692
Putin Azərbaycan yığmasını çox layiqli komanda adlandırdı

Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəsinin yığması ilə Azərbaycan millisinin bürünc medal uğrunda görüşü barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, dövlət başçısı Rusiya kollektivinin üzvləri ilə görüşdə Azərbaycan millisini layiqli komanda adlandırıb.

V.Putin "Sizin bürünc medal qazanmaq üçün şansınız var" desə də, rəqiblərinin çox layiqli komanda olduğunu vurğulamağı unutmayıb.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Rusiya yığmasının hazırlıq səviyyəsi və görüşlərə köklənməsi rəqiblərindən heç nə ilə geri qalmır. Əksinə, onun fikrincə, komandanın səviyyəsi daha yüksəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!