Bakı küləyi Yaponiyanı dünya çempionu etdi

28 Sentyabr 2018 09:24 Cüdo 622
Bakı küləyi Yaponiyanı dünya çempionu etdi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.

Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.

Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar. Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!