Azərbaycan millisi DÇ-ni 11-ci yerdə başa vurdu

27 Sentyabr 2018 20:00 Cüdo 556
Azərbaycan millisi DÇ-ni 11-ci yerdə başa vurdu

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, komanda üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub. Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. 14 qızıl medaldan yarısı Yaponiyaya qismət olub.

Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb.

Mükafatçılar sırasına düşə biməyənlərdən 1-i isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçulardan hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib

. Ən yüksək əyarlı medallar 60 kq və 66 kq çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan 1-i 100 kq, digəri isə 100 kq-dan yuxarı çəkilərdə mübarizə aparıb.

Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!