Bakıdakı dünya çempionatına bu gün yekun vurulacaq

27 Sentyabr 2018 13:48 Cüdo 474
Bakıdakı dünya çempionatına bu gün yekun vurulacaq

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu – səkkizinci yarış gündə qarışıq komanda yarışları baş tutacaq.

Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq Azərbaycan millisinin ilk rəqibi Avstriya olacaq. Bu görüşün qalibi 1/4 finalda Yaponiya - Monqolustan cütünün qalibi ilə üz-üzə gələcək.

Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.

Saat 9:00-da start götürəcək qarışıq komanda yarışında qadınlar 57 kq, 70 kq və +70 kq, kişilər isə 73 kq, 90 kq və +90 kq çəkilərində mübarizə aparacaqlar.

Yarışda 19 ölkə mübarizə aparacaq. İlk dəfə olaraq Bakıda Cənubi və Şimali Koreya cüdoçuları vahid komanda şəkilində çıxış edəcəklər.

Birləşmiş Koreya komandası, Braziliya və Böyük Britaniya yığmaları mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar. Bu kollektivlər 1/16 finalda qalib olan komandalarla qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!