Rövnəq Abdullayevdən mükafat alan - FOTOLAR

27 Sentyabr 2018 10:00 Cüdo 634
Rövnəq Abdullayevdən mükafat alan - FOTOLAR

Bakıda davam edən cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yeddinci yarış günündə qadınların mübarizəsində +78 kq, kişilərdə isə +100 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Qadınların mübarizəsində yaponiyalı Sarah Asahina finalda kubalı İdalis Ortisi məğlub edərək qızıl medalı əldə edib. Türkiyə təmsilçisi Kayra Sait, həmçinin bosniya və herseqovinalı Larisa Çeriç bürünc medal qazanıb.

Kişilərin yarışında Gürcüstan cüdoçusu Quram Tuşişvili qızıl medala sahib çıxıb. O, finalda Azərbaycan təmsilçisi Uşangi Kokaurini məğlub edib. Bürünc medalları isə yaponiyalı Hisayoşi Haraşava və monqolustanlı Ulzibayar Durenbayar əldə edib.

Kişilərin yarışında qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.






Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?