LENT - Prezident BOS-da milli komandaların bazasını ziyarət etdi

25 Sentyabr 2018 18:00 Cüdo 672
LENT - Prezident BOS-da milli komandaların bazasını ziyarət etdi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib.

Sportinfo.az xəbər verir ki, ali cüdo qurumunun rəhbəri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub.

Ziyarət zamanı M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib.

IJF-in prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib.

O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?