Bakıda dünya çempionu olan: "Mən azərbaycanlıyam" - VİDEO

25 Sentyabr 2018 13:24 Cüdo 758
Bakıda dünya çempionu olan: "Mən azərbaycanlıyam" - VİDEO

Bakıdakı dünya çempionatında 81 kq çəki dərəcəsində dünya çempionu olan İran cüdoçusu Səid Mollayinin milliyyətcə azərbaycanlı olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı idmançının özü açıqlamasında bildirib.

Səid Mollayi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb. O deyib ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olsa da, hazırda Urmiyada yaşayır.

Mollayi qazandığı qızıl medalı Azərbaycan xalqına həsr etdiyini vurğulayıb: "Bakıda dünya çempionu oldum və qızıl medalı bütün Azərbaycan xalqına təqdim etdim. Mənim çəkimdə Azərbaycandan heç kim yox idi.

Bu səbəbdən, öz medalımı bütün azərbaycanlılara həsr etdim. Yaxşı məşq edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!