“Prezidentin gəlişi mənə güc verdi” - Hidayət bürünc qazandı

23 Sentyabr 2018 11:23 Cüdo 521
“Prezidentin gəlişi mənə güc verdi” - Hidayət bürünc qazandı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəmizi təmsil edən Hidayət Heydərov bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançımız monqolustanlı Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib.

Heydərov rəqibini vazari xalı ilə məğlub edib. H.Heydərov açıqlamasında prezident İlham Əliyevn yarışı izləməsinin qələbə qazanmasında böyük rolu olduğunu deyib:

“Çox çətin idi. Dünya çempionatlarında birinci medalımdır. Rəqib də çox güclü idi. Çox sevinirəm.

Dünya üçüncüsüyəm. Prezidentin gəlişi də mənə güc verdi. Dedim ki, qızıl getdi, amma üçüncü yeri əldən verən deyiləm.

Yarımfinaldakı rəqibim çox güclü idi. Yaxşı hazırlaşmışdı. Sadəcə mən də tez yoruldum. O yorulmadı və mənə qalib gəldi".







Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!