Heydərov yarımfinala yüksəldi, Orucov uduzdu - FOTOLAR

22 Sentyabr 2018 15:12 Cüdo 674
Heydərov yarımfinala yüksəldi, Orucov uduzdu - FOTOLAR

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatında yarımfinala yüksəlib.

21 yaşlı cüdoçu 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib.

Yarımfinal və medal görüşləri saat 16:00-da başlayacaq. Azərbaycanın digər təmsilçisi Rüstəm Orucov isə mübarizəni dayandırıb.

Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.































Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!