Sadıq Sadıqov: "Ermənilərə yalvarası deyilik, gəlməkdən qorxdular!"

22 Sentyabr 2018 14:12 Cüdo 628
Sadıq Sadıqov: "Ermənilərə yalvarası deyilik, gəlməkdən qorxdular!"

«İdmançılarımız dünya çempionatına tam heyətlə qatılır.

Bəzi çəki dərəcələrində çempionluğa namizədlərimiz olmadığından, digər çəki dərəcələrində iki idmançı ilə mübarizəyə qatılmışıq»

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov deyib.

Cüdo üzrə XXXII dünya çempionatı Bakıda keçirilirək. Bu yarışda erməni cüdoçuları təhlükəsizliyi əldə bayraq tutaraq, Azərbaycana gəlməkdən imtina ediblər.

ACF-nin vitse-prezidenti bu məsələyə münasibət bildirib: “Erməni cüdoçularının buraya gəlməsi ilə zəmanət necə lazımdırsa, dövlətimiz tərəfindən verildi.

Onların buraya gəlib-gəlməməkləri öz işləridi. Gəlsəydilər, yaxşı olardı. Bununla onlar Azərbaycanda gedən iqtisadi, siyasi durumdan xəbərdar olardılar.

Həm də idmançılarımızın gücünü görərdilər, idman mübarizəsində onlara baş əyərdilər. Yəqin, qorxduqlarından, məğlub olacaqlarını bildiklərindən buraya gəlmədilər.

Özünüz bilirsiz ki, Azərbaycana gələn bütün idmançılar yüksək ab-havada öz vətənlərinə geri qayıdırlar.

Ermənistan Cüdo Federasiyası bu yarışa qatılmaqdan imtina edib. Biz də onlara yalvarası deyilik. Qeyd etdiyim kimi, dövlətimiz ən yüksək səviyyədə onların təhlükəsizliyi ilə bağlı zəmanət məktubu vermişdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?