Ağayevi həlledici görüşdə udan Yusifov karyerasında ilk dəfə…

28 Fevral 04:30 Cüdo 506
Ağayevi həlledici görüşdə udan Yusifov karyerasında ilk dəfə…

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb.

O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. B.Ağayev gümüş medalla kifayətlənməli olub.

Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

"Böyük Dəbilqə" martın 1-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!