"Hər gün yeni nəsə öyrənməyə çalışıram" - Parisdə çempion olan azərbaycanlı

9 Fevral 03:20 Cüdo 714
"Hər gün yeni nəsə öyrənməyə çalışıram" - Parisdə çempion olan azərbaycanlı

Parisdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) həm psixoloji, həm də fiziki baxımdan turnirə tam hazır olub.

Sportinfo.az xəbər verir ki, o, bunu "report"a açıqlamasında deyib.

O, gərgin keçən yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib:

"Yarış çətin keçdi, buna baxmayaraq, çox yaxşı hazırlaşmışdım. Demək olar ki, bütün əsas rəqiblərim bu turnirdə iştirak edirdilər.

Həm psixoloji, həm də fiziki baxımdan özümü tam hazır hiss edirdim. Hər gün yeni nəsə öyrənməyə çalışıram.

Məşqçilərim sağ olsunlar, mənə hər zaman dəstək olurlar. Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum.

Federasiyamız hər zaman bizə böyük verib. Həm mənəvi, həm də maddi baxımdan bizim üçün hər şeyin ən yaxşısını etməyə çalışırlar.

Bu diqqət və qayğı daha yaxşı inkişaf etməyimizə, uğurlar qazanmağımıza böyük kömək olur".

B.Ağayev "Böyük Dəbilqə" turnirinin finalında ukraynalı Dilşot Xalmatova qalib gələrək qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"