Uşaq Paralimpiya Oyunları təşkil olunacaq - Sumqayıtda

18 Dekabr 2025 03:50 Cüdo 480
Uşaq Paralimpiya Oyunları təşkil olunacaq - Sumqayıtda

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 20-də baş tutacaq yarışda 130 uşaq 8 idman növü (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!