"Zədəm olduğu üçün tam gücümlə çıxış edə bilmədim"

2 Dekabr 2025 08:50 Cüdo 752
"Zədəm olduğu üçün tam gücümlə çıxış edə bilmədim"

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində zədə səbəbindən tam gücü ilə çıxış edə bilməyib.

Sportinfo.az xəbər verir ki, cüdoçu bunu "report"a açıqlamasında deyib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb:

"Yarış çox güclü idi, xeyli sayda ölkələrdən rəqiblər vardı. Bürünc medal qazandım

. Zədəm olduğu üçün tam gücümlə çıxış edə bilmədim. Məşqlərə davam edirəm.

Qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərməyə çalışacağam. Məşqçim, federasiya ilə birlikdə bunun üçün hər şeyi edirik".

U.Kokauri "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"