Məşhur azərbaycanlı idmançı ikinci dəfə çempion oldu

9 Noyabr 2025 01:00 Cüdo 584
Məşhur azərbaycanlı idmançı ikinci dəfə çempion oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!