Bakıda təşkil olunan dünya çempionatının tarixi dəyişdirildi

03:20 Cüdo 85
Bakıda təşkil olunan dünya çempionatının tarixi dəyişdirildi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, yeni qərara əsasən, mundial 4–11 oktyabr 2026-cı il tarixlərində baş tutacaq.

Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu