İlham Zəkiyev növbəti dəfə Avropa çempionu oldu

04:10 Cüdo 62
İlham Zəkiyev növbəti dəfə Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirin qalibi olub.

O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.

İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Həlledici mərhələdə isə o, moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.

İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı