“Neftçi”nin Aparat rəhbəri Avropa çempionu ilə görüşdü

26 İyul 02:20 Cüdo 646
“Neftçi”nin Aparat rəhbəri Avropa çempionu ilə görüşdü

Şimali Makedoniyada cüdo üzrə keçirilən Avropa çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı idmançı vətənə çempion kimi qayıdıb.

Belə ki, “Neftçi” İdman Klubunun yeniyetmə cüdoçusu Rəsul Əlizadə Skopyedəki birincilikdə mükafata layiq görülüb.

55 kq-da güləşən Rəsul Əlizadə (55 kq) inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib.

Rəsul Bakıya qayıtdıqdan sonra “Neftçi” İdman Klubunun İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqovla görüşüb.

Rəhbər Əlizadəni təbrik edərək onunla qürur duyduğunu bildirib, gələcək yarışlarda uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?