1 qızıl, 1 bürünc medal - Qran-prinin son günündə

01:50 Cüdo 888
1 qızıl, 1 bürünc medal - Qran-prinin son günündə

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə qran-pri turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib.

Daha əvvəl Hüseyn Allahyarov (-60 kq) bürünc mükafatın sahibi olmuşdu.

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!