“Real” 6 futbolçunu iştirak ərizəsinə salmadı

1 Dekabr 2020 00:00 Çempionlar Liqası 652
“Real” 6 futbolçunu iştirak ərizəsinə salmadı

Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə “Şaxtyor”la (Donetsk) qarşılaşacaq “Real” Ukraynaya ciddi itkilərlə yollanıb.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisində sözügedən qarşılaşmada Serxio Ramos, Alvaro Odriosola, Eden Hazard, Federiko Valverde, Dani Karvahal və Luka Yoviç iştirak edə bilməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 6 futbolçu da oyunun iştirak ərizəsinə salınmayıb.

Bu gün keçiriləcək “Şaxtyor” – “Real” matçına saat 21:55-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM