Çempionlar Liqasında pley-off CÜTLƏRİ

17 Sentyabr 2020 00:30 Çempionlar Liqası 720
Çempionlar Liqasında pley-off CÜTLƏRİ

Çempionlar Liqasında pley-off mərhələsinin son 4 cütü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, III təsnifat mərhələsinin Çempionlar yolundakı 5 matçdan sonra qrupun bir addımlığında mübarizə aparacaq bütün komandalar bəlli olub.

Bir gün öncə digər iki cüt dəqiqləşmişdi. Həmin cütlər Liqa yolunda mübarizə aparır.

Əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Çempionlar Liqası
Pley-off
Çempionlar yolu

“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)

Digər Xəbərlər
Xəbər Lenti