Messi 1-ci, Ronaldo 3-cü oldu - ÇL-in ən yaxşı "TOP-10" hücumçusu

12 May 13:12 Çempionlar Liqası 182
Messi 1-ci, Ronaldo 3-cü oldu - ÇL-in ən yaxşı "TOP-10" hücumçusu

Çempionlar Liqası tarixində çıxış etmiş ən yaxşı hücumçuların siyahısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, birinci yerdə 141 matçda 114 qol vuran Lionel Messi qərarlaşıb.

Məlumata görə, siyahıda hücumçuların keçirdiyi oyun sayılarına görə vurduqları qollar əsas rol oynayıb. Tərtib edilən cədvəldə ikinci yeri "Mançester Yunayted" və "Real"ın sabiq hücumçusu Ruud Van Nistelroy tutub. "Yuventus"un hücumçusu Kristiano Ronaldo isə üçüncü pillədə yer alıb.

Oyun və qol nisbətinə görə bombardirlər:

1. Lionel Messi – 141 oyun, 114 qol (orta hesabla 0,81)

2. Rud van Nistelroy – 73 oyun, 56 qol (0,77)

3. Kriştianu Ronaldo – 169 oyun, 128 qol (0,76)

4. Robert Levandovski - 86 oyun, 64 qol (0,74)

5. Neymar - 57 oyun, 35 qol (0,61)

6. Filippo İnzagi - 81 oyun, 46 qol (0,57)

7. Edinson Kavani - 62 oyun, 35 qol (0,56)

8. Serxio Aquero - 71 oyun, 39 qol (0,55)

9. Kərim Benzema - 119 oyun, 64 qol (0,54)

10. Raul Qonzales - 142 oyun, 71 qol (0,50).

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?