"Mən ən yaxşı qolumu "Qarabağ"a vurmuşam" - FOTO

30 Mart 2020 09:28 Çempionlar Liqası 604
"Mən ən yaxşı qolumu "Qarabağ"a vurmuşam" - FOTO

"Çelsi"nin futbolçusu, hazırda icarə əsasında "Roma"da çıxış edən Davide Zappakosta "Instagram" sosial şəbəkəsində izləyicilərinin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, italiyalı müdafiəçi 2017-2018 mövümündə "zadəganlar"ın heyətində Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"a qarşı Londonda keçirdikləri oyunu (6:0) da xatırlayıb.

28 yaşlı oyunçu izləyicilərindən birinin "Ən yaxşı qolunuz hansıdır" sualına cavabında Ağdam klubunun qapısından keçirdiyi topu fərqləndirib: "Açığı, qol vurmaq mənim üçün elə də önəmli deyil.

Uşaqlıqdan ən böyük arzum Çempionlar Liqasında oynamaq və fərqlənmək idi. İndi daha çox şeyə sahibəm və yenidən bu turnirdə çıxış edəcəyimə inanıram. Ən yaxşı qolumu isə "Qarabağ"a vurmuşam".

Davide Zappakosta "Çelsi"nin heyətində 2017-ci il sentyabrın 12-də "Stemford Bric" stadionunda keçirilmiş matçın 30-cu dəqiqəsində "Qarabağ"ın qapısına uzaq məsafədən baxımlı qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”