Messi üçün “qəfəs” hazırlayır

24 Fevral 2020 15:18 Çempionlar Liqası 738
Messi üçün “qəfəs” hazırlayır

Fevralın 25-də “Napoli” Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk qarşılaşmaya çıxacaq.

Sportinfo.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi “Barselona” üçün bir neçə sürpriz hazırlayıb. Qattuzunun əsas planı “Barsa”nın lidero Leonel Messini zərəsizləşdirməkdir.

O, Leo üçün meydanda “qəfəs” yaratmağı düşünür. “Napoli”nin futbolçuları Messinin olduğu mövqelərdə çoxluq təkil etməlidirlər. Onlar Leo ilə “Barsa”nın futbolçuları arasındakı əlaqələri maksimum kəsməyə cəhd göstərməlidirlər.

Qattuzo bu minvalla “Barselona”nın hücum potensialını azaltmağı planlaşdırır. Ola bilsin ki, “Napoli”nin bir neə futbolçu eyni anda Messiyə nəzarət edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti