Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

9 Noyabr 2019 23:15 Çempionlar Liqası 385
Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

2023/2024 mövsümündə Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər. Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb.

Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti