Həftənin futbolçusu bəlli oldu - Çempionlar Liqasında

24 Yanvar 2025 10:00 Çempionlar Liqası 623
Həftənin futbolçusu bəlli oldu - Çempionlar Liqasında

“Atletiko”nun (Madrid) argentinalı hücumçusu Xulian Alvares azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 7-ci turunda “Bayer”lə (Almaniya) görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!