COP29

“O, öz üzərində çox işləsə də, bu, real görünmür” - ÇL-in finalında olmayacaq

24 May 21:40 Çempionlar Liqası 1 799
“O, öz üzərində çox işləsə də, bu, real görünmür” - ÇL-in finalında olmayacaq

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Orelyen Tçuameninin vəziyyəti barədə danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, fransalı futbolçunun Çempionlar Liqasının final matçında iştirak etməyəcəyini təsdiqləyib:

“Tçuameni final oyununda oynamaq üçün çalışır. O, öz üzərində çox işləsə də, bu, real görünmür”.

“Real”ın Çempionlar Liqasının finalındakı rəqibi Dortmund “Borussiya”sı olacaq.

Komandalar iyunun 1-də qarşılaşacaqlar. Kubok uğrunda oyun Londondakı “Uembli” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"