“Atletiko”, yoxsa “İnter”? – Çempionlar Liqasında BU GÜN

13 Mart 21:40 Çempionlar Liqası 210
“Atletiko”, yoxsa “İnter”? – Çempionlar Liqasında BU GÜN

Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.

“Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

13 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun - 0:1.

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"