Paytaxt klubu 22 ildən sonra Premyer Liqanı qazanıdı - FOTO

20 May 01:40 İngiltərə 727
Paytaxt klubu 22 ildən sonra Premyer Liqanı qazanıdı - FOTO

İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçə etməsi ilə “Arsenal” rəsmən çempionluğunu elan edib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi rəqibinin xal itirməsindən sonra sona bir tur qalmış 22 illik çempionluq həsrətinə son qoyub.

"Topçular” sonuncu dəfə bu titula 2003/2004-cü illər mövsümündə, əfsanəvi baş məşqçi Arsen Vengerin rəhbərliyi altında rəqiblərinə məğlub olmadan (“yenilməzlər” mövsümü) sahib çıxmışdılar.

Bu uğurla Mikel Artetanın yetirmələri klub tarihində 14-cü Premyer Liqa çempionluğunu rəsmiləşdiriblər.

Məlumat üçün qeyd edək ki, London təmsilçisi mayın 30-da UEFA Çempionlar Liqasının final mərhələsində Fransa kollektivi PSJ ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?