"Neftçi"dən söhbət etdi: "Üzərimizə düşən öhdəliyi yerinə yetirdik"

22 İyul 02:00 Çempionlar Liqası 852
"Neftçi"dən söhbət etdi: "Üzərimizə düşən öhdəliyi yerinə yetirdik"

“Bizim üçün çox çətin oyun idi".

Sportinfo.az xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

Komandasının ilk görüşdə evdə 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra mətbuat konfransı keçirən portuqaliyalı mütəxəssis bu fikirləri səsləndirib:

- Bəzi dəyişikliklər bizə çətin anlar yaşatdı. Sistemdə bəzi dəyişikliklər etməli olduq, məcburi əvəzləmələr etdik. Əsas odur ki, üzərimizə düşən öhdəliyi yerinə yetirdik. Əminəm ki, Bakıda da əlimizdən gələni edəcəyik. İnanıram ki, oradakı çətin sınağa hazır olacağıq. Çətinliklərə baxmayaraq, iki oyunçu dəyişikliyi etdik. Ancaq meydana sonradan daxil olan futbolçular da mübarizəyə yaxşı qoşuldular. Biz bütün futbolçularımıza şans verməyə, onları sınamağa çalışırıq. Əlimizdə geniş heyət var. Oyunçuların hamısına güvənirəm.

- Azərbaycanda stadionların ideal vəziyyətdə olmadığı bildirilir. Buna hazırsınız?

- Biz orada məşq etməyəcəyik. Son məşqimizi burada edib gedəcəyik. Amma stadion nə durumda olur-olsun biz ora hazır vəziyyətdə gedəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 20:40 "Bir qədər pis oldum"
24 İyul 17:55 Vaxtdır, Cavid!