"Neftçi"nin mümkün rəqiblərinin sayı 6-ya endi

19 İyul 2021 12:40 Çempionlar Liqası 980
"Neftçi"nin mümkün rəqiblərinin sayı 6-ya endi

Çempionlar Liqasının III təsnifat mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin də bu raunddakı potensial rəqiblərinin sayı azalıb.

"Ağ-qaralar" II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.

III təsnifat mərhələsinin püşkü bu gün atılacaq.

III təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi

“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

Səpələnməmişlər

Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

“Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi

“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qalibi

"Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti