Yunanıstan höküməti "Neftçi"nin arzuladığı qərarı verdi

16 İyul 2021 11:20 Çempionlar Liqası 1 961
Yunanıstan höküməti "Neftçi"nin arzuladığı qərarı verdi

Çempionlar Liqasının III təsnifat mərhələsində "Olimpiakos" ilə "Neftçi" arasındakı ilk oyun azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu, Yunanıstanda koronavirus pandemiyası üzündən tətbiq olunan məhdudiyyətlərlə əlaqədardır.

Ötən gün "Olimpiakos"un "Aris"i 3:0 hesabı ilə yendiyi yoldaşlıq görüşü "Georgios Karaiskakis" stadionunun boş tribunaları önündə oynanılıb.

Superliqada çıxış edən klubların nümayəndələri ilə Daxili İşlər Nazirliyində görüş olub. İclasda 2021/2022 mövsümündə stadionlara ümumi tutumun 80 faizi qədər vaksinasiya olunmuş azarkeşin buraxılması məsələsi müzakirə olunub.

Yekun qərar qəbul olunanadək klublar bilet satışı həyata keçirməyəcək.

İyulun 21-də keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu