Qaradağın icra başçısının prezident postunda rəqibləri kimlərdir?

3 Dekabr 2020 19:00 Boks 772
Qaradağın icra başçısının prezident postunda rəqibləri kimlərdir?

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilər.

Sportinfo.az xəbər verir ki, noyabrın 3-dən başlanan seçki prosesində artıq S.Mikayılovun rəqibləri bilinir.

Prezidentliyə namizədlərin sayı yeddidir. Bəs, bunlar kimlərdir?

Digər altı namizəd Rami Əl-Masri (Almaniya), Anas Əl Otaiba (BƏƏ), Umar Kremlev (Rusiya), Məhəmməd Mustahsan (Mərakeş), Dominqo Solano (Dominikan) və Boris van der Vorstdur (Niderland). Bunlardan Məhəmməd Mustahsan hazırda qurumun prezidenti postunu müvəqqəti olaraq icra edir.

AIBA-ya prezident seçkiləri dekabrın 12-də keçiriləcək. Seçkinin, həmçinin AIBA Konqressinin əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçiriləcəyi deyilsə də, həmin tədbir koronavirus pandemiyası səbəbindən onlayn şəkildə baş tutacaq.

Onu da bildirək ki, Süleyman Mikayılov həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidenti və AIBA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı