Məqsəd – Çox qazanmaq

8 Noyabr 2020 18:20 Boks 532
Məqsəd – Çox qazanmaq

"Məşqlərimiz yaxşı keçir, bu ilin fevralında da Kastamonuda toplanışda olmuşduq".

Sportinfo.az xəbər verir ki, bu sözlər boks üzrə yığmamızın böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, millinin Türkiyənin Kastamonu şəhərində keçirilən təlim-məşq toplanışını dəyərləndirib.

Təcrübəli mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı hədəflərini açıqlayıb: "Əsas hazırlığımız olimpiada ilə bağlıdır. Hədəfimiz Oyunlarda daha çox medal qazanmaqdır".

Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti