Yığmamızın üzvünün bütün fikri cəbhə xətindədir

4 Noyabr 2020 11:00 Boks 835
Yığmamızın üzvünün bütün fikri cəbhə xətindədir

"Qarabağda müharibə gedir, burada olsaq da, ürəyimiz qardaşlarımızla birlikdədir".

Sportinfo.az xəbər verir ki, bu sözlər boks üzrə yığmamızın üzvü Ruslan Rüstəmova aiddir.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandanın sıralarında yer alan "dəri əlcək" sahibi bütün fikirlərinin Azərbaycan əsgərinin yanında olduğunu söyləyib:

"Əsgərlərimiz döyüş meydanında vuruşur, biz də rinqdə mübarizə aparıb, bayrağımızı yüksəklərə qaldırırıq. İlk hədəfim olimpiadaya vəsiqə qazanmaq və bayrağımızı bütün dünyada dalğalandırmaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti