"Türkiyənin bizə dəstəyi əvvəldən olub və indi də davam edir"

2 Noyabr 2020 17:00 Boks 593
"Türkiyənin bizə dəstəyi əvvəldən olub və indi də davam edir"

"Türkiyənin bizə dəstəyi çox böyükdür. Türk xalqına minnətdarıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev "Anadolu" agentliyinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu ərəfədə Türkiyə Azərbaycana xeyli yardım edib: "Türk idmançılarını da sevirik. Hamısı bizim qardaşlarımızdır. Türkiyənin bizə dəstəyi əvvəldən olub və indi də davam edir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Boksçularımız arasında daha əvvəl döyüşlərdə iştirak edən və şəhid olanlar da var. Yığmanın üzvləri və məşqçiləri cəbhəyə getməyə hazırdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"