Azərbaycan millisi: "Qələbələr əsgərlərimizə həsr olunacaq" - VİDEO

28 Oktyabr 2020 12:58 Boks 457
Azərbaycan millisi: "Qələbələr əsgərlərimizə həsr olunacaq" - VİDEO

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığma üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.

Boksçular Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.

Daha sonra milli qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.

Çünkü biz bir millet, iki devletiz!

Karabağ Azerbaycandır! pic.twitter.com/PjsqTk9cfu

— Türkiye Boks Federasyonu (@boksfederasyonu) October 27, 2020
Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!