"Haqq yolundayıq və qələbə qazanacağıq!" - Boksçularımız orduya dəstək

1 Oktyabr 2020 19:16 Boks 826
"Haqq yolundayıq və qələbə qazanacağıq!" - Boksçularımız orduya dəstək

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Sportinfo.az xəbər verir ki, əsas yığmanın üzvləri və məşqçilər korpusu qələbəmizə inandıqlarını vurğulayıblar.

Onlar üçrəngli bayraqla birgə himnin sədaları altında şəhidlərin ruhuna ehtiramlarını da bildiriblər. Yaralı əsgərlərə şəfa diləyən komanda üzvləri sosial şəbəkələrdə bununla bağlı paylaşım ediblər.

Yığmanın Kuba əsilli boksçuları Lorenzo Sotomayor, Alfonso Dominges və Osnay Benkoma da Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor millinin hər zaman Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçməyə hazır olduğunu qeyd edib: “Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük və hər zaman ordumuzun yanındayıq”.

Minsk-2019 II Avropa Oyunlarının qalibi Alfonso Dominges də “Qarabağ Azərbaycandır” paylaşımını edib.

Digər olimpiya mükafatçısı Kamran Şahsuvarlı da Azərbaycan Ordusuna inam ifadə edib və dövlətin ədalətli yolda olduğunu qeyd edib: “Haqq yolundayıq və qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Digər boksçular da bu səpkidə müxtəlif paylaşımlar ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”