Azərbaycanda tanınmış idmançı 3-cü dəfə tələbə olmaq istəyir

25 Sentyabr 2020 15:46 Boks 961
Azərbaycanda tanınmış idmançı 3-cü dəfə tələbə olmaq istəyir

Azərbaycanın keçmiş boksçusu Vüqar Ələkbərov üçüncü dəfə ali təhsil almaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə veteran idmançı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə birgə təşkil etdiyi videokonfrans zamanı deyib.

İndiyədək iki universitet bitirdiyini xatırladan Sidney-2000 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı üçüncü ali təhsil kimi ADBTİA-nı bitirmək istədiyini əlavə edib.

Vüqar Ələkbərov olimpiadanın boks yarışlarında medal qazanan ilk azərbaycanlı idmançıdır. O, 2000-ci ildə Mingəçevir Politexnik İnstitutunun (hazırkı Mingəçevir Dövlət Universiteti), 2005-ci ildə isə Bakı Dövlət Universitetinin məzunu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti