Azərbaycandan kənarda yaşayan dostlarına həqiqəti çatdırdı

25 İyul 2020 00:00 Boks 689
Azərbaycandan kənarda yaşayan dostlarına həqiqəti çatdırdı

Boks üzrə Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı sosial şəbəkə vasitəsilə Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

Milliləşdirilmiş kubalı boksçu Azərbaycandan kənarda yaşayan dostlarına çağırış edərək, həqiqətləri çatdırıb:

"Bütün beynalxalq dostlarıma səslənirəm. Bütün insanların pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan Silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağı Tovuz rayonuna hücum edib. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılığının, aqressivliyinin əyani sübutudur. İllərdir beynəlxalq arenada səsimizi qaldırırıq".

Sotomayor onu da əlavə edib ki, Azərbaycan yalnız öz torpaqlarını qorumağa çalışır və bunun üçün əlindən gələni etməyə hazırdır.

Məsələyə daha bir milliləşən boksçumuz Alfonso Dominges də biganə qalmayıb. II Avropa Oyunlarının qalibi sosial şəbəkə vasitəsilə Azərbaycan ordusuna dəstək mesajı yayımlayıb.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 11 şəhid verib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub.

Digər Xəbərlər
Xəbər Lenti