Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

6 İyul 2020 10:38 Boks 1 278
Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

Azərbaycan kikboks üzrə millisinin qadın üzvü Nehir Rəcəbzadə 4 ayləq fasilədən sonra həyat yoldaşı Bəhram Rəcəbzadə ilə birlikdə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, N.Rəcəbzadənin həyat yoldaşı ilə birlikdə rinqdə məşqi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.

Hazırda Türkiyə də olan millimizin üzvləri, məşqlərini orada davam etdirirlər.

Avropa və dünya çempionu, k-1 üzrə beynəlxalq yarışların qalibi tanınmış kikboksçu Bəhram Rəcəbzadə kişilərdən ibarət millimizin üzvüdür. N.Rəcəbzadə isə qadınlardan ibarət milli komandamızın tərkibində çıxış edir.

Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. O əslən cənubi Azərbaycandan olan "Altın Qurd" ləqəbli tanınmış kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadənin həyat yoldaşıdır. Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı