Dadaşovun xanımı maddi təzminat tələb edir - Ərinin ölümünə görə

23 İyun 2020 14:50 Boks 1 458
Dadaşovun xanımı maddi təzminat tələb edir - Ərinin ölümünə görə

Maksim Dadaşovun dul həyat yoldaşı Yelizaveta Apuşkina idmançının ölümünə görə Merilend Atletika Komissiyasından maddi təzminat tələb edir.

Sportinfo.az TASS-a istinadən xəbər verir ki, Apuşkina Komissiyayaya qarşı iddia qaldırıb. Mənbənin məlumatında qeyd olunub:

"Əsas tələb pul təzminatıdı. Onun nə qədər olacağı məhkəmə tərəfindən müəyyənləşdiriləcək. Təqsirkar qismində Merilend Atletika Komissiyası göstərilir".

Dadaşov 2019-cu ilin iyul ayında dünyasını dəyişib. Rusiyalı boksçunun ölümünə IBF versiyası üzrə çempionluq matçında aldığı zədələrin səbəb olduğu bildirilir. Onun rəqibi Puerto-Riko təmsilçisi Subriel Matias idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti