"Həbibin gələcəyi ilə bağlı nəyi açıqlayacağını bilmirəm"

21 İyun 2020 01:38 Boks 556
"Həbibin gələcəyi ilə bağlı nəyi açıqlayacağını bilmirəm"

Həbib Nurməhəmmədovun yaxın günlərdə gələcək karyerası ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Sportinfo.az "MMA Junkie"yə istinadən xəbər verir ki, UFC prezidenti Deyna Uayt bu məsələyə qısaca münasibət bildirib:

"Həbibin gələcəyi ilə bağlı nəyi açıqlayacağını bilmirəm. Bildiyim bir şey var: payızda onun Qetji ilə döyüşü var".

Həbib - Qetji döyüşü sentyabrın 19-da UFC 253 turniri çərçivəsində keçirilməlidi.

Digər Xəbərlər
Xəbər Lenti