Azərbaycanlı futbolçu indi də boksçu oldu - FOTO

16 May 2020 11:34 Boks 615
Azərbaycanlı futbolçu indi də boksçu oldu - FOTO

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev öz gücünü boksda yoxlamağa qərar verib.

Sportinfo.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi "Döyüş" layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyukla döyüşəcək.

Döyüşün reqlamenti 2 dəqiqəlik 3 raunddan ibarətdir. Döyüş mayın 29-da baş tutacaq.

Əliyev Kiyev "Dinamo”sunda çıxışı ilə məşhurdur. O, 2005-ci ildən 2010-cu ilə qədər, habelə 2011-ci ildən 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. Aleksandr həmçinin iki mövsüm Rusiya klublarında da oynayıb.

O, "Lokomotiv" və "Anjı"də çıxış edib. Peşəkar karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu Kiyev əyalətinin Boyarka qəsəbəsinin "İnter"i olub.

A.Əliyev Kiyev "Dinamo”sunun heyətində iki dəfə Ukrayna çempionu olub və bir dəfə ölkə kubokunu udub. Bundan əvvəl Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu bildirib ki, paytaxt meri olmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı