Əfsanəvi boksçu rinqə qayıdır

13 May 2020 16:42 Boks 588
Əfsanəvi boksçu rinqə qayıdır

Əfsanəvi boksçu Mayk Tayson yenidən döyüşə çıxmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, şəxsi Tvitter səhifəsində məşqdən görüntülərini paylaşan 53 yaşlı keçmiş boksçu xeyriyyə təşkilatı üçün bir neçə görüş keçirəcəyini bildirib.

“Ağıllı olsan, hər şey mümkündür. Ağıllı məşq edin, ağılla özünüzə gəlin” – deyə o bildirib. Paylaşımın sonunda isə Tayson “Mən qayıtdım” deyib.

Videodan görünür ki, 53 yaşı olmasına baxmayaraq, Tayson hələ də yaxşı formadadır.

Qeyd edək ki, “Dəmir Mayk” ləqəbli Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib. Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"